Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Yanvarda 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Cəmiyyət / 20-02-2023, 19:51

Yanvarda 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar ayında 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 2724 nəfəri münasib işlərlə təmin edilib, 337 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Həmin dövrdə agentlik tərəfindən 323 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 14 600-dək şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.