Dəmir yumruq » Sosial » Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
Sosial / 14-11-2026, 09:08

Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...

 

Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq maaşın artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahidə edəcəyik.
 
Demiryumruq.az xəbər verir ki, bunu Unikal.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
 
O bildirib ki, növbəti il pensiyalarda indeksləşdirmə mexanizmi dəyişir:
 
"Belə ki, orta aylıq əməkhaqqı məbləğinə qədər pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam indeksləşdiriləcək. Orta aylıq əməkhaqqından 5000 manatadək pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində 0,5, 5000 manatdan çox pensiya alanların pensiya məbləğlərində isə 0,2 əmsalından istifadə olunacaq. Ona görə də yeni əmsalların tətbiq edilməsi nisbətən az pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımlara gətirib çıxaracaq. Yəni, 1200 manatadək pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam olaraq indeksləşdiriləcək.
 
Burada məqsəd az pensiya alan vətəndaşlarımızla nisbətən çox pensiya alanlar arasındakı fərqin azaldılmasına nail olmaq və median pensiya məbləğində artımları sürətləndirməkdir. Birmənalı şəkildə növbəti il pensiya artımları builki əməkhaqqı artımlarına uyğunlaşdırılaraq həyata keçiriləcək və artımlar yanvar ayı ilə hesablanacaq. Artımlarla bağlı sənədin fevral ayının əvvəllərində imzalanacağı gözlənilir və sənəd imzalandıqdan sonra yanvar ayının artımları da fevral ayının artımları ilə birlikdə ödəniləcək".

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.