Dəmir yumruq » Siyasət » Ərdoğan Paşinyanla Azərbaycanla sülhdən danışdı
Siyasət / 11-11-2026, 19:18

Ərdoğan Paşinyanla Azərbaycanla sülhdən danışdı

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Antalyada keçirilən görüşdə Azərbaycanla Ermənistan arasında sülhü və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 
Demiryumruq.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatı məlumat yayıb.
 
Bildirilib ki, Ərdoğan Paşinyanın Antalyaya səfərini və COP31 çərçivəsində Liderlər Sammitində iştirakını alqışlayıb. Paşinyan isə tədbirin yüksək səviyyədə təşkilinə görə Türkiyə Prezidentini təbrik edib.
 
Ermənistanın Baş naziri, həmçinin Türkiyənin İzmir şəhərindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
 
Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub. Tərəflər bu prosesin irəlilədilməsinin və məntiqi yekuna çatdırılmasının vacibliyini vurğulayıblar. İndiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsi və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi də diqqət mərkəzində olub.
 
Ərdoğan və Paşinyan regional proseslərə toxunaraq Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının regional əməkdaşlığın inkişafına yeni təkan verdiyini qeyd ediblər.
 
Bundan başqa, nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.