Dəmir yumruq » Siyasət » Ceyhun Bayramov ona “Dostluq” ordenini təqdim etdi
Siyasət / 10-11-2026, 12:23

Ceyhun Bayramov ona “Dostluq” ordenini təqdim etdi

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçi qəbul edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
 
Məlumata görə, görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunmuş səfirə orden təqdim olunub və təbrik mesajı çatdırılıb.
 
Səfir bu ali mükafatla təltif olunmağına görə dərin minnətdarlığını bildirib, bunu ölkələrimiz arasında əlaqələrə verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.
 
Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri, mövcud əməkdaşlıq gündəliyi müzakirə olunub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.