Dəmir yumruq » Siyasət » Paşinyan: Azərbaycanla bunu davam etdirəcəyik
Siyasət / Bugün, 11:55

Paşinyan: Azərbaycanla bunu davam etdirəcəyik

 

Ermənistan və Azərbaycan yaxın gələcəkdə delimitasiya prosesini davam etdirəcək.

Demiryumruq.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O xatırladıb ki, Ermənistan və Azərbaycan Ermənistan sərhəd qoşunlarının xidmət etdiyi 12 kilometrlik sərhəd hissəsini delimitasiya edib:

“Əlbəttə ki, qarşıdakı dövrdə biz bunu məntiqi bir müddət ərzində davam etdirəcək və tamamlayacağıq”.

Paşinyan qeyd edib ki, gündəliyə Gürcüstanla delimitasiya prosesinin xülasəsi də daxildir:

“Bu barədə gürcü tərəfdaşlarla razılaşma var”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.