Dəmir yumruq » Siyasət » Bakı və İrəvan bizə çox kömək etdi - Rusiyalı diplomat
Siyasət / Bugün, 08:23

Bakı və İrəvan bizə çox kömək etdi - Rusiyalı diplomat

 

Bakı və İrəvan Rusiya vətəndaşlarının İrandan təxliyəsində əhəmiyyətli yardım göstəriblər.

Demiryumruq.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Konsulluq departamentinin direktoru Aleksey Klimov TASS-a müsahibəsində bildirib.

“İrandan soydaşlarımızın təxliyəsində Ermənistan və Azərbaycan böyük kömək göstərdilər. Belə ki, Bakı 2020-ci ildən fərdi keçid üçün bağlı olan "Astara" sərhəd keçid məntəqəsindən Rusiya vətəndaşlarının, Rusiyanın Tehrandakı səfirliyinin əvvəlcədən təqdim etdiyi müraciət əsasında istifadə etməsinə imkan yaratdı”, - deyə diplomat qeyd edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.