Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanat yayıb.
Demiryumruq.az xəbər verir ki, təşkilatın Parlament Assambleyasının Şurası regionda, xüsusilə İran ərazisinə endirilən hərbi zərbələr fonunda yaranmış gərgin vəziyyətdən ciddi narahatlığını ifadə edib.
Bəyanatda bütün tərəflər təmkinli olmağa çağırılıb. Eyni zamanda, BMT-yə müraciət edilərək beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atmağa çağırış olunub.
KTMT vurğulayıb ki, İranın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün qorunması vacibdir. Təşkilat həmçinin İran hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirdiyini bildirib.
Bununla yanaşı, bəyanatda baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verilib.