Dəmir yumruq » Mədəniyyət » Rəhilə Kəsəmənli: “Leyla Əliyeva şeiri öz üslubunda səsləndirib”
Mədəniyyət / Bugün, 08:37

Rəhilə Kəsəmənli: “Leyla Əliyeva şeiri öz üslubunda səsləndirib”

 

“Mən çox sevindim ki, Leyla xanım bu mövzuya toxunub. Nüsrət Kəsəmənlinin yaradıcılığına rəğbət göstərib ki, o şeiri səsləndirib”.

Bu sözləri “Yeni Sabah”a mərhum şair Nüsrət Kəsəmənlinin xanımı Rəhilə Kəsəmənli deyib.

O bildirib ki, səsləndirməni görəndə çox sevinib:

“Çoxları deyir ki, şeir ləhcə ilə səslənib, Azərbaycan dilində aydın ifadə olunmayıb. Mən belə düşünmürəm. Səsləndirmə çox xoşuma gəldi. Çünki Leyla Əliyeva bu şeiri öz üslubunda səsləndirib, ona hər hansı don geyindirməyib. Çox sevindim”.

Rəhilə Kəsəmənli Leyla Əliyevanın öz üslubunu saxladığını qeyd edib:

“Səhhətimdə bir az problem olduğu üçün əlim çatmadı, amma mütləq təşəkkürümü bildirəcəyəm. Həm mövzuya toxunduğuna görə, həm də öz üslubunu qoruduğuna görə. Bəzən səsləndirmələrdə şeiri əzib-büzürlər, lakin bu səsləndirmə mənə xoş təəssürat bağışladı”.

Bir neçə gün öncə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərhum şair Nüsrət Kəsəmənlinin “Səni unutsam” şeirini səsləndirib.

Aydan Hacı


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.