Xəbər lenti
Dəmir yumruq » Manşet » Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.
Manşet / Siyasət / 3-03-2023, 16:19

Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.
Məlum olduğu kimi martın 2-də Qoşulmama Hərəkatının Covid 19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiyə etməkdir. Pandemiyanın başlanmasından dərhal sonra Covid 19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olmuşdur. Bəllidir ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başlamış və uğurlu fəaliyyətinin nəticəsi olaraq Hərəkata sədrlik müddəti daha bir il ərzində yekdil qərarla uzadılmışdır. Qoşulmama Hərəkatı son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrilməklə yanaşı və Azərbaycanın sədrliyi dönəmində yeni düzənin formalaşmasında mühüm rol oynayıb.
Qoşulmama Hərəkatında həm parlament şəbəkəsi, həm gənclər şəbəkəsi yarandı ki, bu da növbəti dönəmdə sədrlik edəcək ölkələrə ötürüləcək. Və təbii ki, bu prosesin həyata keçirilməsi Qoşulmama Hərəkatının həyatında yeni bir yanaşmadır. Azərbaycan bütün bunları cənab prezident İlham Əliyevin sədrliyi dönəmində reallaşdırdı. Qoşulmama Hərəkatının Zirvə görüşünü mart ayının 2-də məhz Bakıda keçirilməsi növbəti diplomatik uğur kimi qiymətləndirilməli, Azərbaycanın regional və qlobal məkanda artan nüfuzunun göstəricisi kimi dəyərləndirilməlidir.
Qoşulmama Hərəkatında yaranmış yeni yanaşma və cənab prezidentin rəhbərliyi ilə irəli sürülmüş təkliflərin həm BMT səviyyəsində, həm də Qoşulmama Hərəkatının digər ölkələrinin həmrəyliyi kontekstində çox böyük uğur kimi qiymətləndirilməlidir.
Zirvə görüşündə çıxışı əsnasında cənab prezident ikili standartlar siyasəti və yeni dünya düzəni proseslərinə toxunaraq mövcud vəziyyəti geniş şəkildə şərh etdi. Son bir neçə on illikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişiklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir.
Süverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur.
Qoşulmama Hərəkatı BMT-dan sonra ikinci ən böyük təsisat kimi beynəlxalq arenada daha nəzərə çarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Prezident həmçinin qeyd etdi ki, Covid 19 pandemiyası dövründə olduğu kimi Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və hümanitar yardım göstərməyə bundan sonra da davam edəcək.
Prezident həmçinin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 30 il kağız üzərində qalan 4 qətnaməsini özünün icra etdiyini qeyd edib. O, həmçinin azad edilmiş ərazilərin bərpasından danışarkən bildirib ki, Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın vəsait ayırmışdır.
Beləliklə, cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının Covid 19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.