Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Iliyevin Davos səfəri Azərbaycana geniş iqtisadi perspektivlər yaradacaq
Manşet / Siyasət / 23-01-2023, 16:24

Prezident İlham Iliyevin Davos səfəri Azərbaycana geniş iqtisadi perspektivlər yaradacaq

 Prezident İlham Iliyevin  Davos səfəri Azərbaycana geniş iqtisadi perspektivlər yaradacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 yanvar 2023 cü il tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxış edib.
Ölkə başçısı Orta dəhlizin regionun inkişafı baxımından vacibliyi, dəhlizin inkişafı istiqamətində görülən işlər, regional proseslər, post müharibə dövründə sülh quruculuğu və yenidənqurma işləri barədə iştirakçılara məlumat vermişdir
“Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı toxunduğu məsələlər Orta dəhliz üzərində yerləşən bütün ölkələr üçün prioritet olmalıdır. Çünki bunun üçün münbit şərait var. Prezidentin də qeyd etdiyi kimi Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir.
Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.
Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur.
Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
İlham Əliyev regional təhlükəsizlik sferasında Ermənistanın zərərli mövqedə dayandığına bir daha işarələr etdi və İrəvanın Bakı ilə sülh prosesindən qaçdığını göstərdi.
İlham Əliyev dedi ki:
- Ermənistan Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı təkliflərinə cavab verməyib;
- Ermənistan Gürcüstanın vasitəçiliyi ilə Tbilisidə liderlər səviyyəsində görüş keçirilməsi təklifini rədd edib;
- Əgər üç Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
Bu ideallar Avropa İttifaqı və Türkiyə üçün lazımdır. Hərçənd ki, NATO-nun lideri ABŞ-nin, ona əks qütbdə dayanan Rusiyanın mövqeyi Azərbaycan-Gürcüstan-Ermənistan üçbucağının çəkilməsində böyük maneələrdir.
Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Artıq bir neçə üçtərəfli əməkdaşlıq formatı var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub.
Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.
Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.”
Ancaq Ermənistan bu fürsəti də dəyərləndirmədi.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.