Xəbər lenti
Dəmir yumruq » Manşet » Əhməd Obalı: 30 milyon cənubi azərbaycanlının ən sadə hüquqları tapdalanmaqdadır
Manşet / Siyasət / 4-12-2022, 11:08

Əhməd Obalı: 30 milyon cənubi azərbaycanlının ən sadə hüquqları tapdalanmaqdadır

Əhməd Obalı: 30 milyon cənubi azərbaycanlının ən sadə hüquqları tapdalanmaqdadır

Təsəvvür etmək çox çətindir. Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir o tərəfə keçə bilmirəm. Amma zaman yaxınlaşır. Bu körpü – Xudafərin körpüsü bir xalqı bir-birindən ayırmaq üçün deyil, birləşdirmək üçün inşa edilib. Uzun müddət “həsrət körpüsü” adı alsa da, indi birləşdirmək körpüsünə çevrilir.

Bunu bazar günü Qarabağ bürosuna açıqlamasında unikal tarixi abidə olan Xudafərin körpüsünə səfər edən Güney Azərbaycanın milli fəalı, Günaz TV rəhbəri Əhməd Obalı​ deyib.

Milli fəal qeyd edib ki, bu gün 30 milyon cənubi azərbaycanlının ən sadə hüquqları tapdalanmaqdadır. “1925-ci ildə Pəhləvilər hakimiyyətə gəldikdən sonra xalqımızın ən ibtidai hüquqları tapdalanır, ona qarşı assimilyasiya siyasəti gedirdi. Qırx iki il bundan əvvəl İranda İslam cümhuriyyəti hakimiyyətə gələndə düşündük ki, artıq İslam gəlir, din hakimiyyəti gəlir, biz də o biri millətlərlə bərabər hüquqa sahib olacağıq. Lakin onların dini də yalan çıxdı. İslam cümhuriyyəti qurulandan sonra bizə qarşı zülm daha da artdı. Arazın bu tayı – ermənilərin tərəfindən işğal olunaraq vandalizmə qalan torpaqlar azad edildi. İndi Arazın o tayının – bizim tərəfin azadlığının vaxtı gəlib çatıb”, - deyə Ə.Obalı vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.