Xəbər lenti
Dəmir yumruq » Manşet » Zəngəzur dəhlizinin açılması ilə Ağrı şəhərinin əhəmiyyəti artacaq - Ərdoğan
Manşet / Siyasət / 1-12-2022, 13:14

Zəngəzur dəhlizinin açılması ilə Ağrı şəhərinin əhəmiyyəti artacaq - Ərdoğan

Zəngəzur dəhlizinin açılması ilə Ağrı şəhərinin əhəmiyyəti artacaq - Ərdoğan

Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyəti artacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ağrı Hamur-Tutak-Patnos Dövlət Yolunun Açılışı zamanı çıxış edərkən bildirib.

O qeyd edib ki, azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının görməzdən gəlinməsinin səbəbi bəzi ölkələrin səssizliyidir.

"Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artacaq. Bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olurdu. Artıq bu dövr geridə qaldı", - deyə R.T.Ərdoğan əlavə edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.