Xəbər lenti
Dəmir yumruq » Manşet » 2016-2021-ci illər ərzində İİV-dən 1237 nəfər vəfat edib
Manşet / Cəmiyyət / 1-12-2022, 08:17

2016-2021-ci illər ərzində İİV-dən 1237 nəfər vəfat edib

2016-2021-ci illər ərzində İİV-dən 1237 nəfər vəfat edib

2016-2021-ci illər ərzində İİV-dən 1237 nəfər vəfat edib.
Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov 1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib.

Direktor bildirib ki, bu illər ərzində ən çox ölüm halı 2018-ci ildə (98 nəfər) qeydə alınıb:

"Ümumi ölüm sayları içində vərəm xəstəliyindən ölüm daha çoxdur. Bu illər ərzində vərəmdən ölüm 27,3 faiz təşkil edir. İkinci yerdə 12,3 faizlə onkoloji xəstəliklər, üçüncü yerdə isə qaraciyər serrozundan ölüm halıdır. Bu isə 9,5 faizdir. Ürək-damar pataloji xəstəliklərindən ölüm isə 6,2 faiz təşkil edir".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.