Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyinatı olub.
Trend-inməlumatına görə, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Gömrük Komitəsinin (DGK) Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb.
Bu barədə faktı Dövlət Gömrük Komitəsi təsdiq edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilərək əvəzində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.