Ölkə ərazisində hava şəraiti qeyri-sabit olmuş, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bu gün məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 10.0 mm, Şahbuz, Ağdərədə 9.0 mm, Qaxda 8.0 mm, Şəmkirdə 6.0 mm, Şərurda 5.0 mm, Zaqatala, Naxçıvan, Culfada 4.0 mm, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, imişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3.0 mm-dək olub.
Gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.