Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata seçkilər 2023-cü il yanvarın 14-də keçiriləcək.
Bu barədə bu gün Qazaxıstan prezidentinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, bununla əlaqədar prezident Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında K.Tokayevin prezident vəzifəsində andiçmə mərasimi keçirilib.