Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyevin daha da artan nüfuzu - Azərbaycan beynəlxalq problemlərin müzakirə və həll yolarının axtarıldığı məkana çevrilib
Manşet / Siyasət / 26-11-2022, 08:25

Prezident İlham Əliyevin daha da artan nüfuzu - Azərbaycan beynəlxalq problemlərin müzakirə və həll yolarının axtarıldığı məkana çevrilib

Prezident İlham Əliyevin daha da artan nüfuzu - Azərbaycan beynəlxalq problemlərin müzakirə və həll yolarının axtarıldığı məkana çevrilib

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısına çevrilib. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

ADA Universitetində keçirilən beynəlxalq konfransının iştirakçısı Brüssel Universitetinin Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi Koert Debeuf Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev konfrans boyunca, uzun müddət davam etməsinə baxmayaraq bütün sualları açıqca cavabladı.



"Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, həmçinin dünyada mühüm yerə sahibdir.

Keçmişlə müqayisədə Azərbaycanın indiki inkişafı, regionda, dünyada mühüm yerə sahib olması sevindiricidir. İqtisadi cəhətdən də Azərbaycan əhəmiyyətli rol oynayır və etibarlı tərəfdaşdır. Düşünürəm ki, zaman keçdikcə dünyada Azərbaycanın rolu və möqveyi daha da artacaq”, - deyə o, əlavə edib.

Tədbirin iştirakçılarından Yuta Universitetinin siyasi elmlər professoru Hakan Yavuz isə qeyd edib ki, İkinci Qarabağ Müharibəsindən sonra dünyada Azərbaycanın rolu daha da artdı.



" Azərbaycan Cənubi Qafqaz regionunda ən önəmli ölkələrdən biridir. Azərbaycan hazırda güclü iqtisadiyyata, xarici diplomatiyaya və orduya malik bir ölkədir və bütün bunların hamısı Prezident İlham Əliyevin uğurudur", - deyə o, əlavə edib.

Qarabağda aparılan bərpa-quruculuq işlərindən bəhs edən Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə analitiki Amanda Pol isə bildirib ki, Qarabağın bərpası vaxt tələb edən bir işdir. Lakin buna baxmayaraq artıq orada sürətli inkişaf müşahidə olunur. Digər bir vacib məsələ də regionda sülhün bərqərar olmasıdır. Ümid edirəm ki, Qarabağ tezliklə bərpa olunar və insanlar yaxın zamanda öz torpaqlarına geri dönər.



Azərbaycanın artan nüfuzu, yürütdüyü uğurlu xarici siyasət məsələsinə diqqət çəkən konfrans iştirakçısı Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru Laszlo Vasa Trend-ə açıqlamasında qeyd eidb ki, Azərbaycan yalnız iqtisadi cəhətdən yox, eyni zamanda apardığı uğurlu xarici siyasətlə də beynəlxalq arenada öz yerini tutub.



"Beynəlxalq siyasətdə Azərbaycan çox aktiv rol oynayır. Həm torpaqlarını azad edib, sülh prosesini dəstəklədiyi üçün yox, həm də dünyada sülhə dəstək verdiyi üçün Azərbaycan mühüm rola sahibdir. Bu səbəbdən beynəlxalq arenada əhəmiyyəti gün keçdikcə artır”, - deyə o bildirib.

Kofransla bağlı təssüratlarını bölüşən “Ambrozetti" Avropa evi analitik mərkəzinin baş direktoru Luka Miralya isə görüşün maraqlı məqamlarına toxunub.



"Prezidentin cavab vermədiyi və ya cavab verməkdə çətinlik çəkdiyi heç bir sual olmadı. O, hətta çaşdırıcı görünən suallardan belə qaçmırdı. Azərbaycanın mövcud geosiyasi vəziyyətdə rolu mühüm şəkildə artır və ölkə bütün regionun inkişafının təmin olunması üçün hər şeyi edir", - deyə o bildirib.

Vurğulamaq lazımdır ki, artıq ənənə halını alan bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Aprelin 10-13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb.

Azərbaycanın regionda və dünyada artan rolu nəticəsində bu gün ölkəmiz beynəlxalq problemlərin müzakirə və həll yolarının axtarıldığı məkana çevrilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.