Xəbər lenti
Dəmir yumruq » Manşet » 26 Noyabr – Ümumdünya informasiya günüdür
Manşet / Cəmiyyət / 26-11-2022, 07:12

26 Noyabr – Ümumdünya informasiya günüdür

26 Noyabr – Ümumdünya informasiya günüdür

Hər il noyabrın 26-sı Ümumdünya İnformasiya Günü kimi qeyd edilir. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır.

Bəşər tarixində informasiya hər zaman mühüm əhəmiyyət kəsb edib. XX əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma proseslərinin vüsət alması, informasiya cəmiyyətinin formalaşması mühüm məsələlərdən biridir.

Qeyd edək ki, 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən çox alim və mütəxəssis iştirak edib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə YUNESKO tərəfindən qeydiyyata alınıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.