Xəbər lenti
Dəmir yumruq » Manşet » Rusiya sülhməramlıları yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd edib - MN
Manşet / Siyasət / 25-11-2022, 18:16

Rusiya sülhməramlıları yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd edib - MN

Rusiya sülhməramlıları yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd edib - MN

Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yenə də yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və "Martuni" yaşayış məntəqələri istiqaməti kimi qeyd olunub.

Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏND-dir.

Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.