İsraildə səfirlik və Fələstində nümayəndəlik açılması haqqında qərar bizim milli maraqlarımıza əsaslanıb.
Prezident İlham Əliyev bunu noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bəyan edib.
Dövlət başçısı deyib: “Əminəm ki, bu qərar sülhün möhkəmlənməsi işinə xidmət edəcək və faktiki olaraq bu dövlətlərlə bizim uzunmüddətli, çox səmərəli əməkdaşlığımızın formallaşması deməkdir”.