Ötən illə müqayisədə özünü öldürmə cinayətində azalma var.
Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun Elmi Məsləhət Şurasının iclasında deyib.
O bildirib ki, bəzi hallarda yazılar düzgün işıqlandırılmır: "Biz bir müddət əvvəl jurnalistlərlə görüş təşkil etdik. İntihar xəbərlərin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr apardıq. Bu, öz nəticəsini verdi. Bu ilin birinci yarımili ilə ötən ilin birinci yarımilini müqayisə etdikdə 30-50 fakt azalma qeydə alınıb. Mətbuat artıq bu xəbərlərə həssaslıq nümayiş etdirir".