2022-ci ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə yük daşımaları 540 min ton təşkil edib.
Bunu Rusiya mətbuatına müsahibəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin İdarə heyətinin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə 2021-ci illə müqayisədə artım 26,2 faiz və ya 112 min ton olub.
"BTQ iştirakçı ölkələr qarşısında böyük imkanlar açıb, o cümlədən, Avropa məkanına çıxış üzrə imkanlar açıb və Qərb istiqamətində nəhəng potensial yaradıb", - deyə o bildirib.
Qeyd edək ki, 850 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu 2017-ci ildə istifadəyə verilib.