Xəbər lenti
Dəmir yumruq » Manşet » MÜSİAD Azərbaycan Şimali Kipr Türk Respublikasına işgüzar səfər planlaşdırır
Manşet / 21-11-2022, 16:19

MÜSİAD Azərbaycan Şimali Kipr Türk Respublikasına işgüzar səfər planlaşdırır

MÜSİAD Azərbaycan Şimali Kipr Türk Respublikasına işgüzar səfər planlaşdırır

Şimali Kipr Türk Respublikası Bakı Təmsilçisi Ufuk Arca Turganer Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanı ziyarət edib.
Görüşdə MÜSİAD Azərbaycan idarə heyəti sədri Rəşad Cabirli, idarə heyətinin üzvləri Hüseyin Yapar ve Alim Şentürk iştirak edibler.

Bildirilib ki, MÜSİAD Azərbaycan üzvləri iş adamları ilə birlikdə Şimali Kipr Türk Respublikasına işgüzar səfər gərçəkləşdirəcək. Səfər çərçivəsində, həmçinin, MÜSİAD-ın Şimali Kipr Türk Respublikasındakı şöbəsi və dövlət qurumları ziyarət ediləcək.

Görüş zamanı MÜSİAD Azərbaycan və KKTC Bakı təmsilçisinin təşkilatçılığı ilə kiprli iş adamları və Azərbaycanda fəaliyyət göstərən iş adamlarının bir araya gətirilməsi, ortaq ticarət fəaliyyətinin arıtırılması istiqamətində müzakirələr aparılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.