Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan XİN: Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq
Manşet / Siyasət / 21-11-2022, 13:58

Azərbaycan XİN: Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq

Azərbaycan XİN: Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qaziantep vilayətinə raket hücumu nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə bazar ertəsi Azərbaycan XİN-in rəsmi "Twitter" hesabında bildirilib.

“Qardaş Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Türkiyənin cənub-şərqindəki Qaziantep vilayətində, Suriya ilə sərhəddə yerləşən Karkamış şəhərinə raket zərbələri endirilib. Hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.