Gənclər və idman naziri Fərid Qayıbov ADPU-nun Şəki filialının tələbələri ilə görüşüb.
Görüşdə gənclərin asudə vaxtının təşkili üçün imkanlar, Tələbə Gənclər Təşkilatının fəaliyyəti, qeyri-formal təhsil alətlərinin tətbiqi, tələbələrin dərsdən sonrakı məşğulluğu, idman oyunlarının keçirilməsi və s. mövzularda tələbələrin fikirləri, çətinlikləri və təklifləri dinlənilib.
Görüşdə nazir müavini Marina Vasilieva və Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev iştirak ediblər.
Qeyd edək ki, “Gənclərlə dialoq platforması” layihəsi çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov gənclər təşkilatları, tələbələr, həmçinin regionlarda yaşayan gənclərlə müntəzəm görüşləri keçirilir. Görüşlərin əsas məqsədi gəncərlə fikir mübadiləsi aparmaq və onların qarşılaşdıqları çətinliklərinin birgə həll yollarını müəyyən etməkdir.