2020-ci ilin səkkiz ayı ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 369 milyon dollara çatıb.
"Kazinform" agentliynə istinadən məlumatına görə, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov deyib.
O bildirib ki, Qazaxıstan prezidentinin Azərbaycana rəsmi səfəri zamanı qarşılıqlı dövriyyənin 1 milyard dollara çatdırılması hədəfləri açıqlanıb.
Eyni zamanda, Azərbaycanın Qazaxıstandakı investisiyaları bu günədək 204 milyon dollaradək, Qazaxıstanın Azərbaycandakı investisiyaları 100 milyon dollara çatıb.