Xəbər lenti
Dəmir yumruq » Manşet » DİM sədri imtahan nəticələrinin gecikmə səbəbini açıqlayıb
Manşet / Cəmiyyət / 18-11-2022, 09:33

DİM sədri imtahan nəticələrinin gecikmə səbəbini açıqlayıb

DİM sədri imtahan nəticələrinin gecikmə səbəbini açıqlayıb


İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır.

Bunu bu gün jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, imtahan yazı işləri ən azı iki dəfə yoxlanılır.

"Müəyyən hallarda isə 3 dəfə yoxlanılır. Müəyyən fənlərdən, xüsusən də rus bölməsində ekpertlərin sayı çox azdır. Şagirdlər kifayət qədərdir, amma ekspertlər azdır. Bu səbəbdən yoxlama prosesi uzanır. Bizdə 6 minə yaxın marker, ekspert var. Markerlərin sayı 20 min olsaydı, biz yoxlama prosesini daha tez həyata keçirərik" - deyə M.Abbaszadə bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.