Xəbər lenti
Dəmir yumruq » Manşet » TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək
Manşet / Mədəniyyət / 5-11-2022, 21:32

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, bu barədə qərar Bursada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclasında qəbul edilib.

Həmçinin, 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını yerinə yetirəcək Azərbaycanın Şuşa şəhərində keçiriləcək tədbirlərdə üzv ölkələrin fəal iştirakının razılaşdırılması və dəstəklənməsi haqqında qərar qəbul edilib.

İclas zamanı mədəniyyət nazirlərinin yekdil qərarı ilə Türkmənistanın Anev şəhəri 2024-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.

Sonda isə Daimi Şuranın 39-cu iclasının Yekun Bəyannaməsi qəbul olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.