Xəbər lenti
Dəmir yumruq » Manşet » Universitetlərdə qayıb sistemi ləğv edilə bilər?
Manşet / Cəmiyyət / 5-11-2022, 09:08

Universitetlərdə qayıb sistemi ləğv edilə bilər?

Universitetlərdə qayıb sistemi ləğv edilə bilər?

Boloniya sisteminə görə, tələbələr universitetdə məcburi saxlanılmır. Onlar istənilən vaxt mühazirələrə gələ, semestrin sonunda isə imtahanlarını verə bilərlər. Azərbaycanın da 10 ildən bəri qoşulduğu Bolonya sistemində qayıb məsələsi yoxdur. Lakin Azərbaycanda qayıb sistemi hələ də mövcuddur.

Boloniya təhsil sistemində tələbələrə dəsrdən iştirak etmədiklərinə görə, qayıb yazılmırsa, bəs bu hal bizim ali təhsil müəssisələrimizdə niyə tətbiq olunur ?

Məsələ ilə bağlı suallarını cavablayan Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, boloniya sistemində tələbələr dərslərdə məcburi saxlanılmır və ümumiyyətlə tələbəyə qayıb yazılması məsələsi yoxdur.

“Lakin Azərbaycanda bu istiqamətdə bir qədər fərqlilik mövcuddur. Tələbə dərsə gəlməyəcəyi təqdirdə ona qayıb yazılır. Əslində bu bolonya sisteminə qoşulan universitetlər üçün doğru deyil. Bir çox hallarda ekspertlər bunu tələbinin sərbəstlik və azadlığının əlindən alınması kimi qiymətləndirirlər. Əgər tələbə qayıb limitini keçsə, o imtahan buraxılmır. Əvvəlcə biz bu düşüncəni formalaşdırmalıyıq. Biz bolonya sisteminə qoşulmuşuqsa, onun bütün tələbələrinə əməl etməliyik. Ölkəmizdə qayıb limiti yığışdırılsa, tələbə dərsə gəlməyəcək, buda öz növbəsində xaos yarada bilər. Biz tələbələrə bu azadlığı verməzdən əvvəl onlarda bu təfəkkürü formalaşdırmalıyıq. Tələbə başa düşməlidi ki, bu azadlıqdan digər məqsədlər naminə istifadə etməməlidir”, - deyə o bildirib.

İ. Orucov həmçinin qeyd edib ki, baxmayaraq ki, bolonya sisteminə ziddir, qayıb sisteminin tətbiq olunması tələbələrin lehinə olan qərardır.

“Birbaşa bu sistemin tələbləri icra edilsə, kütləvi dərsdən yayınmalar, imtahandan kəsilmə halları olacaq. Tələbələrə azadlıq, sərbəstlik verilməlidir, lakin onlarda bu qərardan sui-istifadə etməməlidir.

Elə tələbələr var ki, kifayət qədər çevikdir və univeriste gəlmədən də auditoriyada keçilən dərsi kənar resurslardan öyrənib imtahandan keçə bilər. Biz bolonya sisteminə qoşulsaq da, tam olaraq o sistemi yarada bilməmişik. Bundan əlavə biz ilk öncə universitetlərdə yaxşı tədris sistemi formalaşdıra bilməmişik”, - deyə o əlavə edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.