Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Ordusunun zabiti,şəhid Polkovnik-Leytenant Vidadi Vaqif oğlu Xəlilovun ikinci anım günü ilə əlaqədar "Zəfəri becərib ,bəhrəsini görə bilməyən Vətən oğlu !."adlı tədbir keçirilib.Tədbirdə şəhid valideynləri, kitabxana kollektivi, rayon Mərkəzi Xəstəxanasının həkim kollektivi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsənin nümayəndəsi, rayon ziyalıları iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin aparıcısı kitabxananın əməkdaşı Sevinc Qafurova Vidadi Xəlilovun həyatı, keçdiyi döyüş yolu, qüsursuz xidmətləri, təltif olunmuş orden və medalları , fəxri fərmanları haqqında danışaraq tədbir iştirakçılarına geniş məlumat verib. Sonra söz şəhidin anası Əminə anaya və bacısı Aidə xanıma verilib. Tədbir boyunca şəhidə həsr olunmuş slayd nümayiş etdirilib. Gələn qonaqlardan şəhid ataları Akif ata, Hüseynağa ata,Tahirə ana, rayonumuzun yazarı Qalib Nuri, Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının sədri Nəriman müəllim şəhid haqqında öz fikirlərini danışıblar.İştirakçılardan Nihad Bayramov "Şəhid anası", kitabxananın əməkdaşı Arifə Novruzəliyeva şəhidə yazdığı şeirlərini söyləyiblər.Sonra söz Vidadi Xəlilovun həyat yoldaşı Mərkəzi Kitabxananın direktoru Nərmin xanım Xəlilovaya verilib. O ,tədbirin hazırlanmasında əməyi keçən hər kəsə və gələn qonaqlara təşəkkürünü bildirib.Tədbirin sonunda çay süfrəsi verilib və xatirə şəkili çəkilib.