Ukrayna Prezidenti Vladimir Zelenski Qərb dövlətlərinin rəhbərlərini Rusiyanın G20-dən xaric edilməsi ilə bağlı müvafiq qərar qəbul etməyə çağırıb.
Bu barədə Ukrayna prezidenti Teleqram kanalında yayımlanan videomüraciətində danışıb.
O, belə bir qərarın verilməsinə səbəb kimi Rusiyanın taxıl sövdələşməsində iştirakının dayandırılmasını göstərib.