Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.
Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.