Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və İstanbul Ticarət Universiteti tərəfdaşlıq memorandumu imzalayıb.
Memorandum Trend Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu və İstanbul Ticarət Universitetinin rektoru, professor, doktor Yücel Oğurlu arasında imzalanıb.
Memoranduma əsasən, Turkic.World media layihəsi İstanul Ticarət Universitetinin rəsmi media tərəfdaşı olub.
İmzalanan memorandum çərçivəsində Turkic.World media platformasında universitetlə bağlı xəbərlər dərc olunacaq, bununla yanaşı, media layihəsində universitetin professor və müəllim heyəti dünya və Türkiyədə baş verən hadisələrlə bağlı ekspert və siyasi şərhçi qismində çıxış edəcəklər.
Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkyənin “Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.