Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Türkiyə Prezidentinin təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.
Türkiyə Prezidenti təyyarədən enərkən bir neçə saniyə ərzində pilləkəndə dayanaraq ətrafa nəzər yetirib. Daha sonra Ərdoğan əli ilə hava limanını bəyəndiyinə işarə edib.