İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Baş nazir Əli Əsədov bu gün bununla bağlı qərar imzalayıb.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, ardıcıl olaraq 4 gün - 6, 7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq.
Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Bayraq Günü kimi qeyd olunur.