Xəbər lenti
Dəmir yumruq » Manşet » Ermənistanın Daşkəsən istiqamətində əlavə şəxsi heyət və 4 artilleriya qurğusu cəmləşdirməsi müşahidə edilib - MN
Manşet / Siyasət / 17-10-2022, 10:40

Ermənistanın Daşkəsən istiqamətində əlavə şəxsi heyət və 4 artilleriya qurğusu cəmləşdirməsi müşahidə edilib - MN

Ermənistanın Daşkəsən istiqamətində əlavə şəxsi heyət və 4 artilleriya qurğusu cəmləşdirməsi müşahidə edilib - MN

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Bildiririk ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirliyin məlumatında deyilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.