Xəbər lenti
Dəmir yumruq » Manşet » Xarici ekspertlər və QHT-lər Edillidəki kütləvi məzarlıqda erməni vəhşiliyinə şahidlik ediblər
Manşet / Siyasət / 15-10-2022, 09:30

Xarici ekspertlər və QHT-lər Edillidəki kütləvi məzarlıqda erməni vəhşiliyinə şahidlik ediblər

Xarici ekspertlər və QHT-lər Edillidəki kütləvi məzarlıqda erməni vəhşiliyinə şahidlik ediblər

Oktyabrın 15-də xarici ekspertlər və QHT-lərdən ibarət nümayəndə heyəti Xocavənd rayonunun Edilli kəndinə səfər edib.
Nümayəndə heyətinin tərkibində Çexiya, Slovakiya, Polşa, Finladiya, Serbiya, Ruminya, Türkiyə Estoniyadan olan QHT-lərin əməkdaşları və öz ölkələrində parlamentdə şəxslər iştirak edirlər.

Nümayəndə heyəti Edillidə aşkar olunan kütləvi məzarlığa baş çəkiblər. Nümayəndə heyəinə aşkar olunmuş kütləvi məzarlıq barəsində ətraflı məlumat verilib.

Xatırladaq ki, məzarlıqda 12 nəfərin qalıqları aşkarlanıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqlarının bilinir. Eyni zamanda skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlanıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 nəfərədək mülki şəxs və hərbi əsirlərin taleyi barədə Ermənistan hələ də heç bir məlumat təqdim etməyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.