NATO ölkələri Rusiyanın nüvə silahından istifadə etməsi halında öz təzyiq üsullarına yenidən baxmalıdır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz görürük ki, bu adamlar (rusiyalılar - red.) belə dəhşətli addımlar atmağa qadirdirlər. NATO nə etməlidir? Rusiyanın nüvə silahından istifadəsinin qarşısını almaq lazımdır. Önəmli olan, qabaqlayıcı zərbələrdir ki, onların başına nə gələcəyini bilsinlər. NATO öz təzyiq üsullarına yenidən baxmalıdır”, - deyə Zelenski vurğulayıb.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidentinin təklifinə cavab verib.
“Zelenskinin bəyanatları dünya müharibəsi başlamağa çağırışdan başqa bir şey deyil”, - deyə Peskov bəyan edib.
Xatırladaq ki, dünən Çexiya prezidenti Aİ-ni Rusiya Federasiyasının nüvə silahından istifadə edəcəyi təqdirdə “hərbi cavab” verməyə çağırıb.
Mənbə: rbc.ua