Xəbər lenti
Dəmir yumruq » Manşet » Kənarda susqunluq: Paşinyan Praqada özünü necə itirdi?
Manşet / Siyasət / 6-10-2022, 14:36

Kənarda susqunluq: Paşinyan Praqada özünü necə itirdi?

Kənarda susqunluq: Paşinyan Praqada özünü necə itirdi?

Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüş zamanı Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan, Prezident Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi söhbəti olub.

Bu arada, yayılan videogörüntülərə əsasən, Ermənistanın baş naziri Nikol Paşinyanın özünü narahat hiss etdiyi görünüb. Ölkələrin rəhbərləri səmimi söhbətlər edərkən, Paşinyan məğlub kimi bir kənarda dayanıb həmişəki kimi susdu, gözlərini yayındırdı, fikirlərə daldı, ətrafa baxdı...

Ermənistan baş nazirinin bu davranışı ilk dəfə müşahidə olunmur. Paşinyan harada olur-olsun, ünsiyyət problemi yaranır, ya da gülünc vəziyyətlərə düşür.

Təkcə bu ilin yanvarında Paşinyanın KTMT-nin onlayn sammitini az qala pozacağını xatırlamaq kifayətdir.

Belə ki, KTMT-nin onlayn iclasında çıxış edən Paşinyan təşviş içində mikrofonları söndürməyə başlayıb. Daha sonra Ermənistanın baş naziri Vladimir Putinə söz vermədən sammiti bitirmək qərarına gəlib. Rusiya prezidenti Paşinyana müzakirələrin nəticələrinə əsasən əlavə edəcəyi sözlərinin olduğunu xatırlatmalı olub.

Xatırladaq ki, 2020-ci ilin dekabrında baş tutan KTMT-nin növbəti onlayn sammiti zamanı Ermənistanın baş nazirinin mikrofonu sönüb və o, boş yerə uzun müddət danışıb.

Daha bir gülünc insident 2019-cu ilin dekabrında Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclasında Ermənistanın sədrliyi Belarusa təhvil verdiyi iclasda baş verdi, Ermənistanın baş naziri protokolu kobud şəkildə pozaraq, Rusiya prezidentinə söz vermədi.

Aİİ-nin bütün dövlət başçılarını, eləcə də xüsusi qonaqları – Moldova prezidenti İqor Dodonu və Aİİ-nin fəxri sədri Nursultan Nazarbayevi salamlayan Paşinyan razılaşdırılmış sənədlərin imzalanması üçün proseduru elan edərək sözü ev sahibi ölkənin rəhbəri Vladimir Putinə verməyib.

Rusiya prezidenti protokolun bu cür pozulmasından sonra danışmaqdan imtina edib.

Biz növbəti dəfə şahid olduq ki, Paşinyanın qətiyyəti yoxdur, hər zaman özündən əmin deyil. Hər kəs bunu çox gözəl görür.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.