Xəbər lenti
Dəmir yumruq » Manşet » Tibb ocağı, yoxsa xarabalıq?
Manşet / Cəmiyyət / 3-10-2022, 18:02

Tibb ocağı, yoxsa xarabalıq?

Tibb ocağı, yoxsa xarabalıq?

Məktəb, idarə, sonra da həkim məntəqəsinə çevrilən tikili - söhbət Masallının Sərçuvar kəndindəki tibb ocağından gedir. Sakinlər tikilinin yararsızlığından və lazımi tibbi xidmətlə təmin oluna bilməməkdən şikayətçidir.


Hazırda məntəqə Sərçuvar və Sirəbil kənd sakinlərinə xidmət edir. Üç minə yaxın əhali acınacaqlı durumda olan tibb ocağına üz tutmaq məcburiyyətindədir.

Tibb bacısı Xırdaxanım Hüseynovanın sözlərinə görə, bu acınacaqlı şəraitdə hər ay 20-yə yaxın uşaq peyvənd olunur.

Məsələ ilə bağlı TƏBİB-in açıqlamasında bildirilir ki, 2022-2024-cü illəri əhatə edən plan çərçivəsində Ailə Sağlamlıq Mərkəzlərinin sayının artırılması, yeni ilkin səhiyyə xidmətləri müəssisələrinin tikilməsi və təmiri, kadrlarla təminatın yaxşılaşdırılması qarşıda duran əsas məsələlərdəndir və bu istiqamətdə araşdırmalar aparılır, analizlər edilir və plana uyğun olaraq işlər həyata keçirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.