Xəbər lenti
Dəmir yumruq » Manşet » Nazirlikdən şəhidlə bağlı yayılan arayışa - Reaksiya
Manşet / Siyasət / 29-09-2022, 14:54

Nazirlikdən şəhidlə bağlı yayılan arayışa - Reaksiya

Nazirlikdən şəhidlə bağlı yayılan arayışa - Reaksiya

Sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədova “şəhid”, ailəsinə isə “şəhid ailəsi statusu”nun verilməsi ilə bağlı arayış yayılıb.
Bu, izləyicilər tərəfindən şəhidin qardaşı Sənan Əhmədovun şəhidin ailəsi olaraq tanınması kimi qəbul edilib.

Halbuki nazirliyin Şəxsi Heyət Baş İdarəsi rəsinin müavini tərəfindən sentyabrın 20-də imzalanmış arayışda qeyd olunur ki, “Şəhid adının əbədiləşdirilməsivə şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, gizir Əhmədov Səbuhi Fuad oğlu “şəhid”, onun ailəsi isə “şəhid ailəsi” hesab edilir”.

ƏƏSMN-in Sosial Xidmətlər Agentliyi də həmin arayışla bağlı açıqlama yayıb. Bildirilib ki, qeyd edilən sənəd “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon arayış formasıdır: “Göründüyü kimi bu Arayışda şəhidimizin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb.
Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.
Qanunvericilikdə bu güzəştlərdən şəhidin:
- həyat yoldaşı;
- valideynləri;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunveriliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur.

Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir. Bu mövzunu konteksdən çıxaran, səhv mövqedən tirajlayan, Şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik”, - açıqlamada qeyd olunur.
Nazirlikdən şəhidlə bağlı yayılan arayışa - Reaksiya

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.