Xəbər lenti
Dəmir yumruq » Manşet » Milli Məclisin qarşısında planlaşdırılan aksiya ilə bağlı - DİN-dən açıqlama
Manşet / Siyasət / 29-09-2022, 14:32

Milli Məclisin qarşısında planlaşdırılan aksiya ilə bağlı - DİN-dən açıqlama

Milli Məclisin qarşısında planlaşdırılan aksiya ilə bağlı - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin qarşısında aksiya təyin olunmasına dair yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov sorğusuya cavab olaraq deyib ki, hər hansı razılaşdırılmamış aksiyanın qarşısı alınacaq:

“Aksiya barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib. Buna görə də, razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. İctimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadisələrin məsuliyyəti aksiya təşkilatçılarının üzərinə düşəcək".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.