Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycana payız gəldi
Manşet / Cəmiyyət / 23-09-2022, 06:52

Azərbaycana payız gəldi

Azərbaycana payız gəldi

Azərbaycana payız fəsli qədəm qoydu.

Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Məlumata əsasən, payız fəsli Azərbaycana sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:03-də daxil olub. Payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayıb. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçib.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-dək davam edəcək. Dekabrın 22-si saat 01:48-də qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək. Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.