Xəbər lenti
Dəmir yumruq » Manşet » 13 sentyabr hadisələri hərbi təxribatdır.
Manşet / Siyasət / 18-09-2022, 13:21

13 sentyabr hadisələri hərbi təxribatdır.

 13 sentyabr hadisələri  hərbi təxribatdır.

Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil.
2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün ərzində tarixə sığmayacaq qəhrəmanlıqlarla davam edən Vətən müharibəsindən artıq iki ilə yaxın müddət keçir. Ötən müddət Azərbaycanın beynəlxalq arenadakı uğurları və Ermənistanın hər revanşist addımının qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması ilə xarakterik oldu. Təəssüf ki, məğlubiyyətlərlə dolu keçmişinə baxmayaraq düşmən ona verilən dərsləri ya anlamır, ya da tez-tez unutqanlıq nümayiş etdirir.
13 sentyabr 2022 ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.
Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması erməni və onların havadarlarının, o cümlədən müxtəlif siyasi qüvvələrin marağında deyil.
Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır.
Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.
Azərbaycanın qüvvətli ordusu var. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 80 faizini sıradan çıxardı. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar və “Dəmir yumruq” yerindədir. Yaşından və rütbəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçumuz düşmənin təxribat və hücumlarının qarşısını almağa qadirdir. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatlar nəticəsində Azərbaycan tərəfinin verdiyi hər bir şəhidin qanı yerdə qalmır və qalmayacaq.
13 sentyabr 2022 ci il tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
27 iyun 2022 ci il tarixində Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir ki: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır.
13 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir.
13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Ermənistanın insidentləri və təxribatları ölkəmizdə həmrəylik mühitini daha da bərkidir. Azərbaycan xalqı ölkədə siyasi sabitliyin qorunması üçün əsl birlik nümayiş etdirir.
Son əməliyyatlarında düşmənə sarsılmaz zərbə vuran ordumuz düşmənin yüzlərlə əsgərini məhv etmişdir.
Çox təəssüf ki, bu döyüşlərdə ordumuzun 79 hərbi qulluqçusu şəhid olmuşdur.
Son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Onlarla qürur duyuruq!
Vətən sağolsun!

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.