Xəbər lenti
Dəmir yumruq » Manşet » TURKOVAC Azərbaycanda da istehsal oluna bilər - Erhan Akdoğan
Manşet / Cəmiyyət / 17-09-2022, 06:57

TURKOVAC Azərbaycanda da istehsal oluna bilər - Erhan Akdoğan

TURKOVAC Azərbaycanda da istehsal oluna bilər - Erhan Akdoğan

TURKOVAC Azərbaycanda da istehsal oluna bilər.

Bu barədə suallara cavablayarkən Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) rəhbəri Erhan Akdoğan bildirib.

O qeyd edib ki, TURKOVAC-ın sınaqları ilə əlaqəli Azərbaycanla sıx təmasdadırlar.

“Onlayn formatda iclaslarımız keçirilir, məlumat mübadiləsi aparılır. Dünyada pandemiya səngiyib. Virusun yeni növlərinin ortaya çıxmasına baxmayaraq, artıq əvvəlki qədər təsiriedici sayılmır, ölüm sayı azalır. Bu da öz növbəsində vaksinlərin üzərində də müəyyən təsirə malikdir. Biz artıq virusun yeni növləri əsasında müəyyən işlər aparırıq. Bu sahədə də Azərbaycanla əməkdaşlığımıza davam edirik. Protokol əsasında Azərbaycana 1200 doza TURKOVAC vaksini göndərilib. Ehtiyac yaranarsa, əlavə dozalar da göndərə bilərik. Tələb olarsa, TURKOVAC Azərbaycanda da istehsal oluna bilər”, – deyə E. Akdoğan bildirib.

Qeyd edək ki, Azərbaycanda TURKOVAC-ın 3-cü faza klinik sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb. Sınaqlar 15 ay ərzində davam edəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.