Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay bir neçə xarici ölkəyə səfəri planlaşdırılır.
Türkiyə Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirakı üçün sentyabrın 15-də Özbəkistana səfəri nəzərdə tutulur. Səfər iki gün davam edəcək.
Sentyabrın 20-də isə Türkiyə Prezidenti ABŞ-a yola düşəcək. Rəcəb Tayyib Ərdoğanın ABŞ-da keçiriləcək BMT-nin 77-ci Baş Assambleyasında çıxışı nəzərdə tutulur. Türkiyə Prezidenti çıxışı zamanı Ukrayna taxılının dünya bazarına çatdırılması üçün yaradılan taxıl dəhlizi, terrorla mübarizə kimi bir çox məsələlərə toxunacaq.
Türkiyə Prezidentinin Səfər çərçivəsində bir çox dövlət rəhbərləri ilə ikitərəfli görüşləri də planlaşdırılır.