Xəbər lenti
Dəmir yumruq » Manşet » Qeyri-sabit hava şəraiti sentyabrın 8-dək davam edəcək - FAKTİKİ HAVA
Manşet / Cəmiyyət / 6-09-2022, 17:25

Qeyri-sabit hava şəraiti sentyabrın 8-dək davam edəcək - FAKTİKİ HAVA

Qeyri-sabit hava şəraiti sentyabrın 8-dək davam edəcək - FAKTİKİ HAVA

Sentyabrın 6-na olan məlumata əsasən Böyük Qafqazın dağlıq ərazilərindən başlayaraq bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, Balakən-Şəki və Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub. Yağan leysan yağış nəticəsində Talaçaydan (Zaqatala) sel keçib.

Lənkəranda 29.0 mm (aylıq normanın 49%-i), Astarada 24.0 mm (aylıq normanın 48%-i), Zaqatalada 16.0 mm, Balakəndə 11.0 mm, Yardımlıda 10.0 mm, Vəlvələçay-Təngəaltıda 9.0 mm (Quba), Lerikdə 8.0 mm, Əyriçay-Başdaşağılda (Oğuz) 7.0 mm, Qubada 5.0 mm, Sarıbaşda (Qax) 4.0 mm, Ləzədə 3.0 mm, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Şəki, Qəbələ, Qobustan, İsmayıllı, Qrız, Oğuzda 1.0 mm, Abşeron Dəniz rayonunda: Çilov adasında yağış yağıb.

Şimal-qərb küləyi Ağdam, Ağstafa, Salyan, Neftçala, Gəncədə 20 m/s, Şirvanda 19 m/s, Naftalan, Tovuz, Tərtər, Beyləqanda 18 m/s, Ceyrançöldə 17 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Neft Daşlarında 21 m/s, Çilov adasında 20 m/s, Ələtdə 19 m/s, Pirallahı, Binədə 18 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 m olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 08-dək davam edəcəyi gözlənilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.