Daşkəsən rayonunda dağ uçqunu baş verib.
Hadisə rayonun bir neçə kəndinə gedən yolu bağlayıb.
Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, qurumun əməkdaşları hadisə yerinə cəlb olunub.
"Yolun açılması istiqamətində işlər gedir. Ətraflı məlumat veriləcək", - deyə bildirib.