Xəbər lenti
Dəmir yumruq » Manşet » Kəmaləddin Heydərova görə Qəbələdə böyük izdiham
Manşet / Cəmiyyət / 19-08-2022, 10:26

Kəmaləddin Heydərova görə Qəbələdə böyük izdiham

Kəmaləddin Heydərova görə Qəbələdə böyük izdiham

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq bu gün Qəbələ rayonuna gedib.
Nazir Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edəcək.

Lakin nazirin qəbul keçirəcəyi binanın qarşısında böyük izdiham yaranıb. Nazirə sözü olan, şikayəti, problemi olan yüzlərlə sakin qəbula yazılıb.

Aşağıda təqdim etdiyimiz videodan da görünür ki, əhali qəbul keçirilən binanın qarşısı və yaxın küçələrdə dayanıb nazirin onlarla görüşəcəyini gözləyir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.