Lvovda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər arasında görüş Potoçki sarayında keçirilir.
***
Ərdoğan-Zelenski görüşü başa çatıb. Hazırda Rəcəb Tayyib Ərdoğan, Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş keçirilir.
***
Potoçki sarayında mətbuata qapalı keçirilən üçtərəfli sammit 40 dəqiqə davam edib.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.